Azərbaycanda ən iri pambıq istehsalçısı olan “Prime Cotton” MMC-yə (əvvəlki “MKT İstehsalat Kommersiya” MMC) şirkətinə yeni təyinat olub.
Banker.az xəbər verir ki, Fuad Əliyev şirkətin Baş əməliyyat direktoru (COO) təyin edilib. Buna qədər vəzifə vakant idi. Prime Cotton” MMC-nin İdarə Heyətinin üzvü və Baş əməliyyat direktoru Rövşən Çobanzadənin vəzifəsindən ayrılmasından sonra Baş əməliyyat direktoru və İdarə Heyətinin üzvü vəzifələrinə Fuad Əliyev təyin edilib.
Fuad Əliyev bu təyinata qədər 2022-ci ilin yanvar ayından “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-də baş icraçı direktorun müavini, ondan əvvəl isə “Bakı Aroparkı” MMC-də baş icraçı direktorun müavini vəzifəsində çalışıb.
O, daha əvvəl “Grand-Agro” MMC, “GP Alpha Greenhouse” və “Hajigabul GreenHouse” şirkətlərində maliyyə direktoru (CFO), “GILAN Agricultural Group”da maliyyə direktorunun müavini, “Gilan Holding”də maliyyə hesabatlılığı şöbəsinin rəhbəri və maliyyə hesabatlılığı və büdcələşdirmə üzrə mütəxəssisi, həmçinin Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi və Xalqbankda müxtəlif maliyyə və analitik vəzifələrdə fəaliyyət göstərib.







