26 C
Baku
Tuesday, April 30, 2024

2023-cü il dövlət büdcəsinin layihəsinə dəyişiklik edilib

“Naxçıvan Muxtar Respublikası ilə danışıqlar aparılıb və Muxtar Respublikadan Maliyyə Nazirliyinə məktub daxil olub, 2023-cü il dövlət büdcəsinin layihəsinə dəyişikliklər təklif edilib”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

Azər Bayramov deyib ki, 2023-cü ilin dövlət büdcəsinin ikinci oxunuşu üçün dəyişikliklər edilib: “Naxçıvan Muxtar Respublikasının büdcəsinin 31.1 mln manat azaldılması, Naxçıvan Muxtar Respublikasının öz büdcəsinin gəlirlərinin 20 mln manat artırılması, 11.1 mln. manatın Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin saxlanmasına, 4.1 mln. manatın Milli Məclisin saxlanılmasına, 15.9 mln. manat İsrail, Albaniya, Keniya, Fələstindəki təmsilçiliyin zəruri xərcləriə ayrılması və Azərbaycan beynəlxalq huquq çərçivəsində xərclərin qarşılanması üçün nəzərə alınması tövsiyə olunur”.

 

 

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər