2 C
Baku
Saturday, December 14, 2024

Pakistandan Azərbaycana düyü idxalı gömrük rüsumundan azad edilib

Pakistan İslam Respublikasından Azərbaycana idxal olunan düyü 15 faiz idxal gömrük rüsumundan azad edilir.

Banker.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.

Pakistan İslam Respublikasından həmin ölkə mənşəli düyü 31 dekabr 2027-ci il tarixinədək idxal gömrük rüsumundan azad edilir.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

Son xəbərlər
Digər xəbərlər