Respublika əhəmiyyətli Tağıyev qəsəbəsi-Sumqayıt avtomobil yolunda aparılan yenidənqurma işləri çərçivəsində nişanlanma xətlərinin çəkilişi, yol nişanlarının və yol təhlükəsizlik sədlərinin quraşdırılması işləri aparılır. Sadalanan işlər noyabr ayının 26-na qədər davam etdiriləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, bu müddət ərzində sözügedən avtomobil yolunda işlərin aparıldığı hərəkət zolaqları üzrə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırıla bilər. Bu üzdən sürücülərdən qeyd edilən tarixədək ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.