15 C
Baku
Sunday, November 24, 2024

Bakı Sağlamlıq Mərkəzi “Azəri Med”dən 10 milyon manatlıq dərman aldı

“Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxs “Azəri Med” QSC ilə 10 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə dərman preparatlarının və tibbi sərfiyyat mallarının satınalınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 9 791 229 manatdır.

Qeyd edək ki, Bakı Sağlamlıq Mərkəzi Azərbaycanın ən böyük tibb müəssisələrindən biridir. “Azəri-Med” şirkəti dərman preparatların idxalı və satışı ilə məşğul olur. Bu şirkət apteklər şəbəkələrinə də nəzarət edir.

Son xəbərlər
Digər xəbərlər