Azərbaycan xaricdən idxal etdiyi mərkəzi istilik qazanlarının (kombi) idxalını azaldıb.
Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.
Məlumata görə, 2022-ci ilin ilk üç rübündə xaricdən 48 893 ədəd kombi gətirilib və bu öncəki ildən 25 faiz azdır. Ötən ilin eyni dövründə Azərbaycana xaricdən 65 090 ədəd kombi idxal edilmişdi.
İdxal edilmiş kombinin dəyəri $16.9 milyon olub.
Kombilərin əsasən böyük hissəsi bu ölkələrdən idxal edilib: 24 327 ədədi ($6.2 mln.) Çin Xalq Respublikasından, 14 347 ədədi ($5.71 mln.) Türkiyədən, 3 884 ədədi ($1.82 mln.) İtaliya və 4 419 ədədi ($1.83 mln.) Slovakiyadan.