“Hazırda Elm və Təhsil Nazirliyinin nəzdində üç dövlət agentliyinin qurulması işləri davam edir”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, artıq bununla bağlı müvafiq sənəd hazırlanıb və demək olar ki, aidiyyəti qurumlarla razılaşdırılıb: “İnanırıq ki, ilin sonuna qədər işlər yekunlaşacaqq və növbəti ildən yeni strukturla fəaliyyətə davam edəcəyik”.