Aqrar sektorda fəaliyyət göstərən sahibkarlara ayrılan güzəştli kreditlərin həcmi açıqlanıb.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Belə ki, 2022-ci ilin yanvar-oktyabr ayları ərzində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aqrar sektorda fəaliyyət göstərənlərə 56,2 milyon manat məbləğində güzəştli kredit verilib.
Məlumata görə, bu həcmdə güzəştli kredit 3 563 fiziki və hüquqi şəxsə verilib.