9 C
Baku
Friday, December 13, 2024

Oktyabrda icbari avtosığorta bazarı 10%-dən çox böyüyüb

2022-ci ilin yanvar-oktyabr aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar 91 milyon 73.3 min manat, ödənişlər isə 75 milyon 539.9 min manat təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

AMB-nin hesabatına əsasən, son bir ayda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqları 10 milyon 769.4 min manat və ya 13.4% artıb.  Oktyabrda sığorta ödənişlərində də 7 milyon 955.9 min manat və ya 11.8% artım olub.

Son xəbərlər
Digər xəbərlər