Fələstinin BMT-dəki nümayəndəsi Riyad Mansur BMT Təhlükəsizlik Şurasını Fələstin xalqını qorumaq üçün İsrailin yeni hökuməti ilə fərqli şəkildə davranmağa çağırıb.
O, İsrailin yeni hökumətini “faşist” adlandırıb.
R.Mansur BMT-nin Nyu-Yorkdakı baş qərargahında jurnalistlərə açıqlamasında deyib ki, bazar ertəsi günündən keçmiş baş nazir Binyamin Netanyahunun rəhbərlik edəcəyi gözlənilən yeni İsrail hökumətinin Fələstin xalqına qarşı hücumları artacaq:
“Biz çox təhlükəli vəziyyətdəyik və pisdən daha da pisə doğru gedəcəyik. İsrail tərəfində kabinet postlarını tutanların hamısı faşistlər olacaq”.
R. Mansur Netanyahu hökuməti ilə hələlik heç bir müzakirə aparılmadığını bildirib.