8 C
Baku
Friday, November 29, 2024

Sunak: Britaniyanın Çinlə münasibətlərində “qızıl era” başa çatıb

Böyük Britaniyanın Çinlə münasibətlərindəki “qızıl era” başa çatıb.

Bunu Britaniyanın Baş naziri Rişi Sunak deyib.

O qeyd edib ki, ölkəsinin Çinə qarşı mövqeyini gücləndirəcəyinə dair söz verib.

Xarici siyasət sahəsində özünün ilk çıxışında Rişi Sunak vurğulayıb ki, əvvəlki on illiklər ərzində mövcud olan sıx iqtisadi əlaqələr sadəlövhlük idi və hazırkı dövrdə Britaniya hökuməti ətrafda baş verən prosesləri düzgün qiymətləndirməli, rəqiblərlə münasibətləri daha real şəkildə nəzərdən keçirməlidir.

O, həmçinin “soyuq müharibə”dən ehtiyat etdiyini bildirərək vurğulayıb ki, Çinin qlobal əhəmiyyətini diqqətdən kənarda saxlamaq olmaz.

“Biz qəbul edirik ki, Çin avtoritar rejimə doğru daha da irəlilədikcə, bizim dəyərlərimizə və maraqlarımıza qarşı təhdidləri bir o qədər kəskinləşir”, – Sunak əlavə edib.

Nazir diqqətə çatdırıb ki, “Qərb ölkələri ilə ticarət əlaqələrinin genişlənməsi Çində siyasi islahatlara gətirib çıxaracaq” ideyası olduqca sadəlövh səslənir və bu səbəbdən də Britaniya-Çin münasibətlərinin “qızıl era”sı bitib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər