Qərb ölkələrinin Rusiya neftinə qiymət həddini tətbiq etmək təşəbbüsü enerji resurslarının qıtlığı da daxil olmaqla böyük risklər daşıyır.
Bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak bildirib.
Onun sözlərinə görə, son məhdudiyyətlər, qiymət həddinin qəbulu ilə bağlı qərarlar – bütün bu hərəkətlər sənayenin fəaliyyəti üçün böyük risklər yaradır, enerji resurslarının və sənayeyə investisiyaların çatışmazlığına təhrik edir.
Aleksandr Novak Qərbin enerji təchizatına qarşı sanksiyalarının düşünülməmiş olduğunu vurğulayıb və Rusiyanın daha sərfəli olduğu halda da, qiymət həddi şərtləri ilə ölkələrə neft tədarük etməyəcəyini qeyd edib.