İtaliyanın “Yuventus” klubunun yeni prezidenti bəlli olub.
Bu barədə Turin təmsilçisinə nəzarət edən “Exor” holdinq qərar çıxarıb.
“Qoca sinyora” Canluka Ferreroya tapşırılacaq. O, bir çox şirkətlərdə – “Fincantieri”, “Lavazzara”, “Biotronik”, “Praxi”, “Gedi”, “Nuo”, “Fenera” və “Lifenet”də menecer, mühasib və auditor kimi çalışıb. Ferrero “Piedmont” bankının da vitse-prezidentidir.
Qeyd edək ki, ötən gün “Yuventus”un prezidenti Andrea Anyelli və vitse-prezidenti Pavel Nedved istefa verib.