8 C
Baku
Sunday, November 17, 2024

Almaniya Qətərlə 15 illik qaz müqaviləsi imzalayıb

Qətərin milli neft-qaz şirkəti “QatarEnergy” 2026-cı ildən Almaniyaya mayeləşdirilmiş təbii qaz tədarükü üçün ABŞ-ın “ConocoPhillips” şirkəti ilə 15 illik müqavilə imzalayıb.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Müqavilə Almaniyanın ildə 2 milyon ton mayeləşdirilmiş qaz alacağını nəzərdə tutur, bunu ölkənin energetika naziri və “QatarEnergy”nin rəhbəri Saad bin Şərid əl-Kaabi bildirib.

Daha əvvəl bildirilmişdi ki, Qətər və Almaniya mayeləşdirilmiş qaz tədarükü üzrə uzunmüddətli müqavilə üzrə danışıqlarda əsas şərtlər, o cümlədən onun qüvvədə olma müddəti ilə bağlı fikir ayrılıqlarına görə çətinliklərlə üzləşiblər. Məluma görə, Almaniya daha böyük həcmdə enerji təchizatını təmin etmək üçün Qətərin ən azı 20 il müddətinə müqavilə imzalamaq şərtləri ilə razılaşmaq istəməyib.

Xatırladaq ki, noyabrın 27-si Qətər Çinlə də müqavilə imzalayıb. Müqaviləyə əsasən, Çin şirkəti 27 il ərzində hər il 4 milyon ton mayeləşdirilmiş qaz alacaq. Qətər hazırda İranla bölüşdüyü Fars körfəzindəki Şimal qaz yatağında hasilatı genişləndirmək üzərində işləyir. Nəticədə Qətərin 2026-cı ilə qədər indiki 77 milyon ton əvəzinə ildə 110 milyon ton mayeləşdirilmiş istehsal edəcəyi gözlənilir. Qeyd edək ki, Qətər qazının böyük hissəsini Asiya ölkələrinə ixrac edir.

Son xəbərlər
Digər xəbərlər