13 C
Baku
Saturday, November 23, 2024

Avropada qazın qiyməti 4% bahalaşıb

Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 380 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.

Banker.az xəbər verir ki, 29 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 384.2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 332 dollar) ilə müqayisədə 3.9% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər