ABŞ-a səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ Milli Qvardiya Bürosunun rəisi general Daniel Hokanson ilə görüşüb.
Banker.az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Bildirilir ki, tərəflər “Ştatla Tərəfdaşlıq Proqramı” çərçivəsində hərbi əməkdaşlığın cari vəziyyəti və perspektivlərini, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.