28 C
Baku
Tuesday, April 30, 2024

Bakı əhalisinə 4 mlrd. manatlıq ödənişli xidmət göstərilib

2022-ci ilin yanvar-oktyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6.8 faiz artaraq 4210.1 milyon manat olub.

Banker.az bu barədə Bakı Statistika İdarəsinə istinadən xəbər verir.

Hüquqi şəxslər tərəfindən əhaliyə 3897.7 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 92.6 faizini təşkil edib.

2022-ci ilin yanvar-sentyabr aylarında isə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3792.3 milyon manat olmuşdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər