10 C
Baku
Monday, November 25, 2024

“STAR” neft emalı zavodu neft idxalını 17% artırıb

Bu ilin yanvar-sentyabr aylarında Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən inşa edilən “Star Rafineri” neft emalı zavodu (NEZ) 8 471 950.069 ton neft və neft məhsulları idxal edib ki, bu da illik müqayisədə 17% çoxdur.

2021-ci ilin yanvar-sentyabr aylarında zavod 7 241 651.189 ton neft idxal edib

Xatırladaq ki, ötən il Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən inşa edilən “Star Rafineri” neft emalı zavodu (NEZ) 10 012 616.23 ton neft və neft məhsulları idxal edib ki, bu da illik müqayisədə 1% çoxdur.

Qeyd edək ki, NEZ-in əsas məhsullarını dizel yanacağı, təyyarə yanacağı, nafta, maye neft qazı, qarışıq ksilen, neft koksu təşkil edir. Zavod daşınmalar baxımından strateji əhəmiyyət kəsb edən Əliağa yarımadasında yerləşir. Əliağa yarımadasında “Star” NEZ-lə yanaşı, SOCAR-ın “Petkim” neft-kimya kompleksi, külək elektrik enerji stansiyası və Egey dənizinin ən böyük limanı olan SOCAR Terminalı vahid infrastruktur və dəyər zənciri çərçivəsində fəaliyyət göstərir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər