“Carlsberg Azerbaijan” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
Banker.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb. Protokol Abşeron Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Şövkət Nəcəfovadır.
Qeyd edək ki, İXM-in 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Xatırladaq ki, “Carlsberg Azerbaijan” pivə zavodu Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 km məsafədə yerləşir. Şirkət ölkədə ən böyük pivə istehsalçısıdır.