Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropa İttifaqını ABŞ-ın 51-ci ştatı adlandırıb.
Bu barədə Medvedev Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Ukrayna Silahlı Qüvvələrinin itkiləri barədə açıqlamasının silinməsinə münasibət bildirərkən “Vkontakte”dəki hesabında yazıb.
“Qəzəbli Ursula xala öz Tvitterində dünyaya Ukrayna Silahlı Qüvvələrinin 100 minlik itkiləri olması barədə xəbər verdi. Məlumat silindi və redaktə edildi. Aydındır ki, Vaşinqton vilayət komitəsindən xalanın başına vurdular. Görünür ağrıdı… Olduqca alçaldıcı görünür. Heç bir Aİ yoxdur, 51 saylı ştat var”, – Medvedev qeyd edib.