Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 560 ABŞ dollarına yaxınlaşıb.
Banker.az xəbər verir ki, 30 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 558.3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 464.3 dollar) ilə müqayisədə 6.4% çoxdur.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.