Azərbaycanda strateji əhəmiyyətə malik olan malların siyahısı hazırlanır.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Aqrar siyasət komitələrinin birgə iclasında Dövlət Ehtiyatlar Agentliyinin İdarə Heyətinin sədr müavini Hidayət Əzimov bildirib.
“Bu məsələ aidiyyəti dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir”, – deyə o qeyd edib.