25 noyabr 2022-ci il tarixindən etibarən Rusiyanın 7.5 milyard frank (təxminən 7.94 milyard dollar) dəyərində aktivləri İsveçrə hökuməti tərəfindən dondurulub. Ölkə İqtisadiyyat Nazirliyinin saytında bu məbləğin sanksiya tətbiq edilən hüquqi və fiziki şəxslərin dondurulmuş 15 daşınmaz əmlak obyektinin dəyəri nəzərə alınmadan verildiyi göstərilir.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Materialda həmçinin Rusiya hüquqi və fiziki şəxsləri tərəfindən bəyan edilmiş əmanətlərin məbləği haqqında məlumatlar da verilir. Onlar haqqında İsveçrə hökumətinə ümumi əmanətləri 46.1 milyard frankdan (təxminən 48.8 milyard dollar) çox olan 123-dən çox fiziki şəxs və təşkilat məlumat verib.
Rusiya ordusunun Ukraynaya daxil olmasından sonra İsveçrə Aİ-nin Rusiyaya qarşı sanksiya siyasətini dəstəkləyib və paralel məhdudiyyətlər tətbiq edib. Ötən həftə İsveçrə Federal Şurası Rusiyaya qarşı total silah embarqosu qoyub.