11 C
Baku
Friday, January 10, 2025

Rusiya ilə İran arasında ticarət dövriyyəsinin həcmi $4 milyardı keçib

Bu ilin yanvar-oktyabr aylarında Rusiya ilə İran arasında ticarət dövriyyəsinin həcmi 4 milyard dollardan çox olub.

Bu barədə Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini Vladimir İvin bildirib.

Onun sözlərinə görə, 2022-ci ilin ötən on ayında iki ölkə arasında ticarət dövriyyəsi 2021-ci ilin uyğun dövrü ilə müqayisədə artıb.

V.İvin vurğulayıb ki, Rusiyadan İrana ixracatın həcmi 27 faiz, İrandan idxalat isə 10 faiz artıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər