3 C
Baku
Saturday, December 14, 2024

Şolts Aİ-nin Ukraynaya 18 mlrd. avroluq yardım barədə razılığa gələcəyini gözləyir

Almaniya kansleri Olaf Şolts Avropa İttifaqının 2023-cü ildə Ukraynaya 18 milyard avroluq maliyyə yardımı barədə razılığa gələcəyini gözləyir.

Bu barədə o, Tiranada Aİ-Qərbi Balkan sammitində deyib.

“Bu vəsaitlər təcili tələb olunur, onlar ayrılmalıdır. Mən bunu edəcəyimizə əminəm”, – deyə o, bildirib.

Şolts bunun üçün Aİ-nin bütün 27 ölkəsinin razılığının lazım olduğunu xatırladıb.

Noyabrın əvvəlində Avropa Komissiyası 2023-cü il ərzində Ukraynaya 18 milyard avro həcmində iqtisadi yardım göstərmək planını irəli sürüb. Avropa Parlamentinin deputatları artıq bunu dəstəkləyib, lakin Aİ ölkələrindən biri – Macarıstan hələ ki, razılığını verməyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər