6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda bankın daşınar əmlakları satışa çıxarılır

Əmanətlərin Sığortalanması Fondunun sifarişi ilə 28 dekabr 2022-ci il tarixində saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə açıq hərrac keçiriləcək.

Banker.az xəbər verir ki, 28 dekabr 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Amrahbank” ASC-nin balansındakı daşınar əmlaklar açıq hərraca çıxarılacaqdır. 

Daşınar əmlaklar 45 adda müxtəlif növ komputer avadanlıqlarıdır.

Daşınar əmlakların ilkin satış qiyməti 14146 manatdır. 

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. 

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləridir.

Ünvan Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27-dir (“AVİS” aptekin arxası). 

Son xəbərlər
Digər xəbərlər