2021-ci ildə Azərbaycanda öz xahişi ilə işdən azad edilən şəxslərin sayı azalıb.
Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bildirilir ki, ötən il 415 511 nəfər şəxs qəbul edilib və 397 509 nəfər şəxs isə işdən azad edilib.
İşdən azad edilən şəxslərin 6 383 nəfəri işçilәrin sayı vә ya ştatları ixtisar edilmәklә әlaqәdar, 308 450 nəfəri öz xahişi ilə, 82 676 digər səbəblərdən işdən azad ediliblər.
2020-ci ildə işdən azad edilən şəxslərin 81.8 faiz olduğu halda, 2021-ci ildə bu rəqəm 77.6 faiz təşkil edib. Statistikadan belə anlaşılır ki, işdən azad edilənlərdə ən çox artım digər səbəblərlə işdən azad edilmiş şəxslər təşkil edib.