9 C
Baku
Thursday, December 12, 2024

Prezident daxili işlər nazirinin müavini ilə bağlı SƏRƏNCAM imzaladı

Oruc İbrahim oğlu Zalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Banker.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycanın daxili işlər orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, dekabrın 7-də 70 yaşı tamam olmuş Oruc Zalov daxili işlər nazirinin müavini vəzifəsində çalışır. O, polis general-leytenantıdır.

Son xəbərlər
Digər xəbərlər