13 C
Baku
Saturday, November 23, 2024

Gömrük Komitəsi “ATEF Şirkətlər Qrupu”nu cərimələyir

“ATEF Şirkətlər Qrupu” MMC-yə gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub.

Banker.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 491.3-cü (Gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması) maddəsi ilə irəli sürülüb.

İşə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində baxılır, sədrlik edən hakim Nərminə Rzayevadır.

İnzibati Xətalar Məcəlləsinin 491.3-cü  maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

 

Son xəbərlər
Digər xəbərlər