13 C
Baku
Saturday, November 23, 2024

İsveç və Finlandiya parlamentlərinin sədrləri Türkiyəyə gedir

İsveç və Finlandiya parlamentlərinin spikerləri 2023-cü ilin yanvarında ölkələrin NATO-ya üzvlüyü məsələsini müzakirə etmək üçün Türkiyəyə gələcək.
Bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop məlumat verib.
“İsveç və Finlandiya bir sıra vədlər verib. Biz prosesi izləyirik. İki ölkə parlamentinin rəhbərləri yanvarda Türkiyəyə səfər edəcəklər. Onların pozitiv və qətiyyətli olduqlarını görürəm. İsveç və Finlandiya milli təhlükəsizliklərini gücləndirmək üçün NATO-ya üzv olmaq istəyirlər. Biz buna inanmalıyıq, bunun üçün onlar konkret addımlar atmalıdırlar”, – Mustafa Şentop “CNN Türk” telekanalının efirində bildirib.
Son xəbərlər
Digər xəbərlər