“Azərbaycan, Gürcüstan və Ermənistanın iştirakı ilə regional dialoq formatının qurulmasını təklif edirəm”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“İdeya yeni deyil və mən həmişə bunu dəstəkləmişəm”, – hökumət başçısı bildirib.
N.Paşinyan həmçinin vurğulayıb ki, sülhün bərqərar olması üçün regional münasibətlərin məzmunu və keyfiyyəti dəyişməlidir: “Bunun üçün sadə, amma vacib məsələlərdən başlamaq lazımdır”.