5 C
Baku
Wednesday, January 15, 2025

Borrel: “Aİ Rusiyaya qarşı 9-cu sanksiyalar paketini razılaşdıra bilməyib”

Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək görüşündən əvvəl Rusiyaya qarşı 9-cu sanksiyalar paketini razılaşdıra bilməyib.

Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.

O bildirib ki, sanksiyalar paketinin məzmunu ilə bağlı Aİ-yə üzv ölkələr arasında “fikir ayrılıqları” var.

Qeyd edək ki, daha əvvəl Avropa Komissiyasının (AK) 9-cu sanksiyalar paketini təqdim etdiyi barədə xəbər verilmişdi. Məlumata görə, bu paket çərçivəsində daha 200-ə yaxın şəxs və müəssisə, üç bank, dörd telekanal, hərbi sənaye kompleksi şirkətləri “qara siyahı”ya salınacaq. Paketə həmçinin ikili təyinatlı dronların və onların komponentlərinin tədarükünə məhdudiyyətlərin tətbiqi daxildir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər