Avropa Türkiyəyə 220 milyon avro ayırıb

Avropa Komissiyası Türkiyənin şərq sərhədində nəzarəti yaxşılaşdırmaq üçün 220 milyon avro yardım göstərilməsinə razılıq verib.

Bu barədə Komissiyanın saytında məlumat verilib.

Beləliklə, təşkilatın 2022-ci ildə Türkiyədəki qaçqınlara dəstəyinin ümumi məbləği 1,235 milyard avro təşkil edib.

Qeyd edək ki, Avropa İttifaqı 2021-ci ildən 2023-cü ilə qədər Türkiyədəki qaçqınlara 3 milyard avro yardım ayırıb.

Son xəbərlər
Digər xəbərlər