6 C
Baku
Monday, December 16, 2024

Kreml Putinin Federal Məclisə müraciət edəcəyi xəbərini təkzib edib – Yenilənib

Rusiya Prezidenti Vladimir Putin dekabrın 27-si Federal məclisə müraciət edə bilər.

Bu barədə məlumatı “Lenta.ru” yayıb.

Mənbənin Rusiya mediasına verdiyi məlumata görə, müraciətin dekabrın 27-si baş tutması ilə bağlı məlumatlar dolaşır, lakin bu tarix dəqiq deyil.

Qeyd edək ki, Putin sonuncu dəfə 2021-ci ilin aprelində Federal məclisə müraciət edib.

***

Kreml Rusiya Prezidenti Vladimir Putinin dekabrın 27-də Federal Məclisə müraciət edəcəyi ilə bağlı xəbərləri təkzib edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu tarixi yanlış adlandırıb.

Qeyd edək ki, RİA Novosti Agentliyi Dövlət Dumasındakı mənbəsinə istinadən Putinin dekabrın 27-də Federal Məclisə müraciət edə biləcəyi ilə bağlı məlumat yayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər