8 C
Baku
Thursday, December 12, 2024

“Binance” kriptobirjası USDC steyblkoinlərinin çıxarılmasını dayandırıb

Dünyanın ən böyük kriptobirjası olan “Binance” USDC steyblkoinlərinin çıxarılmasını müvəqqəti olaraq dayandırıb, bu barədə birjanın baş direktoru Changpeng Zhao “Twitter”də yazıb. Onun sözlərinə görə, problem müvəqqətidir və ABŞ-da banklar yenidən açıldıqdan sonra əməliyyatlar bərpa olunacaq.

Zhao izah edib ki, adətən USDC-nin çıxarılması Nyu-Yorkdakı bank vasitəsilə ABŞ dolları ilə edilir, lakin nəşr zamanı ABŞ-dakı banklar hələ fəaliyyət göstərməyib. O, vəsaitlərin digər steyblkoinlərlə çıxarmağı tövsiyə edib.

Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

“CNBC” yazır ki, Zhao bu addımı rəqib “FTX” birjasının çökməsi və Sem Benkman-Fridin tutulması fonunda investorların “Binance”ın sabitliyi ilə bağlı artan narahatlıqlarına görə atıb.

“FTX”in qurucusu Sem Benkman-Frid 12 dekabr tarixində Baham adalarında saxlanılıb. ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) onu investorları aldatmaqda ittiham edib. Kriptosahibkar səhvlərini boynuna alsa da, fırıldaqçılıqla əlaqəli ittihamları rədd edib.

Son xəbərlər
Digər xəbərlər