“Bank of America”nın analitikləri hazırda 76.73 dollara olan “Brent” markalı neftin 2023-cü ildə orta hesabla 100 dollara yüksələcəyini proqnozlaşdırırlar. Xatırladaq ki, daha əvvəl “BofA” “Brent”in gələn il 110 dollara çatacağını demişdi.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Proqnozlaşdırılan artım Çində neftə tələbatın bərpa olması və Rusiyadan neft tədarükünün azalması ilə əlaqədar olacaq. “”Bizim neftə tələbat və 2023-cü il üçün qiymət proqnozlarımız Çin və Hindistanda güclü tələb artımından çox asılıdır, ona görə də Asiyaya tədarükün bərpasında hər hansı gecikmə gözlənilən qiymət trayektoriyamıza təsir edə bilər”, – mesajda deyilir.
Dekabrın 6-da ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası 2022-ci ildə “Brent” markalı neftin qiyməti ilə bağlı proqnozunu bir barel üçün 102.13 dollardan 101.48 dollara endirib.