ABŞ-ın strateji neft ehtiyatları 382.3 milyon barrelə qədər azalıb ki, bu da 1984-cü ilin əvvəlindən bəri ən aşağı göstəricidir.
Bu barədə ABŞ Energetika Nazirliyinin informasiya departamenti məlumat yayıb.
Məlumata görə, bu ehtiyatlar dekabrın 2-dən 9-a kimi 4.7 milyon barrel azalaraq 387 milyon barreldən 382.3 milyon barrelə düşüb.
Departamentin məlumatına görə, 1983-cü ilin dekabrında ABŞ-da strateji neft ehtiyatları 379 milyon barrel, 1984-cü ilin yanvarında 384.5 milyon barrel səviyyəsində qiymətləndirilib.
Qeyd edək ki, mart ayında ABŞ prezidenti Cozef Bayden ölkədə benzinin qiymətini aşağı salmaq üçün altı ay ərzində strateji ehtiyatından gündəlik 1 milyon barrel neftin satışa çıxaracağını bəyan etmişdi. Oktyabr ayında Bayden strateji ehtiyatdan daha 15 milyon barrel neftin satışa çıxarılması qərarını açıqlamışdı.