6 C
Baku
Wednesday, January 15, 2025

Azərbaycanın nəqliyyat xidmətləri üzrə profisiti 2 dəfə artıb – Mərkəzi Bank

2022-ci ilin 9 ayı üzrə Azərbaycanın xariclə qarşılıqlı xidmətlər dövriyyəsinin 40.6%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilir.

Ümumi dəyəri 4.0 mlrd. dollar olan nəqliyyat xidmətlərinin 65.2%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olunub.

Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 2.6 mlrd. dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1.4 mlrd. dollar təşkil etmişdir.

Dövr ərzində qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı illik müqayisədə 15.3%, idxalı isə 21.3% artıb.

Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 2022-ci ilin 9 ayında 2.1 dəfə artaraq 1.2 mlrd. dollara yüksəlib.

AMB qeyd edir ki, nəqliyyat xidmətləri üzrə profisit 2021-ci ilin 9 ayında 0.6 mlrd. dollar idi.

Son xəbərlər
Digər xəbərlər