Azərbaycanda 10 milyon əhaliyə 13 milyon bank kartı düşür.
Bunu “Mastercard” beynəlxalq ödəniş sisteminin Azərbaycan və Türkiyə üzrə Baş Direktoru Avşar Gürdal deyib.
O bildirib ki, bank kartları ilə ödənişlərin 40%-i alış-verişlə (ticarətlə) bağlıdır. Hazırda Azərbaycanda ödəmələrin 60%-i “e-ticarət” vasitəsilə həyata keçirilir.
A.Gürdal əlavə edib ki, rəqəmsal ödəmələr 25%-ə yüksəlib, “Mastercard” bunun daha da artacağını gözləyir.