26 C
Baku
Tuesday, April 30, 2024

Rusiya Hindistana nefti “tavan”dan xeyli aşağı qiymətə satır

Rusiyanın “Urals” markalı nefti dekabrın 5-də neft qiymətlərindəki tavandan sonra dərin endirimlərlə satılır. Rusiya Federasiyasından ən böyük neft alıcısı olan Hindistan Rusiya yanacağını Qərb ölkələrinin müəyyən etdiyi limitdən (60 dollar) xeyli aşağı qiymətə alıb. Bu barədə “Reuters” neft bazarındakı dörd mənbəyə istinadən məlumat yayıb.

Mənbələr bildirirlər ki, Hindistanla dekabrda bağlanmış bəzi sövdələşmələrin şərtlərinə əsasən, “Urals” neftinin “Brent”ə orta endirimi oktyabrda 5-8 dollar/barelə, noyabrda isə 10-11 dollar/bareldən -12-15 dollar/barelə düşüb. Bu o deməkdir ki, bəzi hallarda Rusiya nefti maya dəyərindən 12-15 dollar ucuz satılır, deyə agentlik izah edib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

İki mənbəyə görə, neft embarqosu Rusiyanı Asiya, Avropa və Yaxın Şərqdəki yanacaq tədarükçüləri ilə rəqabət aparmağa məcbur edib, ona görə də Rusiyanın qiyməti aşağı salmaqdan başqa çarəsi yoxdur.

Avropa İttifaqı, G7 ölkələri və Avstraliya dekabrın 5-dən Rusiya neftinin qiymətinin tavanı barədə razılığa gəliblər. Bu sazişə Norveç də qoşulub. Limitlər 60 dollar/barel səviyyəsində müəyyən edilib. “Vedomosti” xəbər verir ki, Rusiya Federasiyası cavab olaraq, tavana qoşulan və ya müqavilədə şərt kimi tavan göstərildiyi və ya tavana bərabər qiymətlər müəyyən edilən ölkəyə neft ixracını qadağan etməyə hazırlaşır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər