10 C
Baku
Friday, December 13, 2024

Dəyəri 15 min manatdan artıq olan zinət əşyalarının alqı-satqısı nağdsız qaydada olacaq

Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısının yalnız nağdsız qaydada həyata keçiriləcək həddi müəyyənləşir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən yeni – 3.4.15-cü maddədə əksini tapıb.

Layihəyə əsasən, qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği 15 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Qanun qəbul ediləcəyi halda 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər