Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda Çindən gələn yük maşınının üzərindəki konteynerə baxış zamanı konteynerdəki malların arasında gömrük bəyannaməsində göstərilməyən 17 ədəd “M 1” markalı elektromoped aşkar edilib.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Məlumata əsasən, həmin nəqliyyat vasitələri ölkə ərazisinə Bakı şəhərində qeydiyyatda olan hüquqi şəxs tərəfindən gətirilib.
Faktla bağlı araşdırma aparılır.