8 C
Baku
Monday, November 18, 2024

“Dəmir Bank”ın təminatsız kreditorlarının tələbləri üzrə növbəti ödəniş olacaq

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlarının diqqətinə çatdırır ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 19 dekabr 2022-ci il tarixdən etibarən başlayacaqdır.

Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcəkdir.

Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək ödəniş üçün bank rekvizitlərini təqdim etsinlər.

Əlavə məlumat almaq üçün əlaqə nömrələri:

Bakı şəhəri

Babək prospekti 16

Qaynar xətt: (+994) 941

 

Son xəbərlər
Digər xəbərlər