Cəlilabad rayon Privolnoye bələdiyyəsinin sabiq sədri Məmmədov Qəmbər Nüsrət oğlunun vəzifə səlahiyyətlərindən sui-istifadə, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq 01.01.2015-ci il tarixdən 01.08.2022-ci il tarixədək olan müddət ərzində bələdiyyə büdcəsinə ziyan vurmaqla həmin məbləğdə pul vəsaitini israf etməsinə, işlədiyi dövr ərzində ərzində vəzifə səlahiyyətlərindən istifadə edərək rəsmi sənədləri saxtalaşdırmaqla vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.
Banker.az Cəlilabad rayon prokurorluğuna istinadən xəbər verir ki, həmin kəndin sakini Rzayev Əfqan Məhəmməd oğlu yaşadığı kəndin ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilməsi ilə bağlı müraciət edib. Müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə – şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.