9 C
Baku
Thursday, December 12, 2024

Oruc Zalov işdən çıxarıldı

Daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov vəzifəsindən çıxarılıb.

General Zalov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Onun yerinə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi polis general-mayoru Oqtay Kərimov təyin edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl 70 yaşı tamam olan və Prezident İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan Oruc Zalov 1998-ci ildən daxili işlər nazirinin müavini vəzifəsində çalışırdı.

Son xəbərlər
Digər xəbərlər