Bakının bu ünvanında bina söküləcək, sakinləri mərhələli şəkildə köçürüləcək (VİDEO)

Bakının Xətai rayonu, Zığ şosesi, 7-ci binada ağır vəziyyət yaranıb. 

Həmin ünvandakı bina qəzalı vəziyyətdədir. Burada yaşayan 60 ailə binanın hər an çökəcəyindən ehtiyat edirlər.

Binanın aid olduğu 133 saylı MİS-dən verilən məlumata görə, həmin ünvanda yaşayan ailələrin mərhələli şəkildə köçürülməsi nəzərdə tutulub. Toxuculuq Kombinatının balansında olmuş bina söküləcək ünvanlar siyahısına salınıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər