“Hazırda Zaporojye Atom Elektrik Stansiyasında (ZAES) Rusiyanın 500-ə yaxın hərbçisi var. Partlayış təhlükəsinin olub-olmaması onlardan asılıdır”.
Bunu Ukrayna prezidenti Volodimir Zelenskinin Fransa telekanallarına müsahibəsində deyib.
“Orada 500 yaraqlı var, partlayıcıları da mövcuddur. Hamısı silahlıdır, texniki heyətə yemək və su verirlər. Stansiya işləmir. Partlayış ola bilərmi? İçəridəki insanlardan asılıdır. Məncə, hər şey bu 500 döyüşçüdən asılıdır”,-deyə, o bildirib.