11 C
Baku
Monday, November 18, 2024

Dubay şirkəti “SOCAR-STP”ni məhkəməyə verib

“CJ ICM FZCO” Şirkətinin Azərbaycan Respublikasındakı filialı “SOCAR-STP” MMC-ni məhkəməyə verib.

Banker.az-ın məlumatına görə, “CJ ICM FZCO” Şirkətinin Azərbaycan Respublikasındakı filialı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Aytən Əliyevanın sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, ”SOCAR-STP”-nin əsas fəaliyyəti qazma ləvazimatları, quyu tamamlanması, quyuiçi əməliyyatlar, fırlanan və təzyiq altında olan avadanlıq, fontan armaturu, APS (Advanced Parts Solution), ağır kranlar üçün texniki xidmət və təmir işlərini həyata keçirməkdən ibarətdir.

“CJ ICM FZCO” Şirkəti CJ Logistics Company-nin bir hissəsidir, qərargah strateji cəhətdən Dubayın Jebel Ali Limanında yerləşir.

Son xəbərlər
Digər xəbərlər