9 C
Baku
Thursday, December 12, 2024

“Baksol yolu”nun təmiri yekunlaşıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki “Baksol yolu” adlanan avtomobil yolunun əsaslı təmirini yekunlaşdırıb.

Banker.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, 3.2 kilometr uzunluğa malik sözügedən yolda aparılmış təmir işləri çərçivəsində yol boyu zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb, əks-dolğu işləri aparılıb, yeni səki daşları düzülüb və köhnə asfalt örtüyü frezlənib, yeni asfalt-beton örtüyü döşənib, piyada səkiləri inşa edilib. Bundan başqa yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilib.

Bu il Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.1 kilometr, ötən il isə 15.4 kilometr olan küçə və yol təmir edilib.

Son xəbərlər
Digər xəbərlər