İsveç xarici işlər naziri Tobias Billström 22 dekabrda Türkiyəyə səfər edəcək.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu qambiyalı həmkarı Mamadou Tanqara ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, görüş zamanı isveçli həmkarı ilə bu ölkənin NATO-ya üzv olması, bununla bağlı Türkiyənin tələblərinin icrası prosesi müzakirə olunacaq.
Çavuşoğlu, İsveçin Türkiyədə hərbi çevrilişə cəhddə iştirak etməkdə günahlandırılan Bülent Keneşin ekstradisiyasına dair Ankaranın tələbini rədd etməsinin də mənfi hal olduğunu vurğulayıb.